Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda “31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyli Günü” və Yeni il münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir

28.12.2018

28 Dekabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda “31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyli Günü” və Yeni il münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir. Saat 1500-da başlayan tədbir Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində baş tutumuşdur. Tədbirdə  Ağcabədi rayon rəhbərliyi və kollektivi, rayon ziyalıları, Ağcabədi Regional Mədəniyyət İradəsinin mədəniyyət müəssisələri kollektivləri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin tədbirə dəvət olunmuş əsgər və zabitləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açaraq rayon ictimaiyyətini əlamətdar bayram günləri münasibətilə təbrik etmiş, hər kəsə möhkəm can sağlığı, işlərində uğurlar arzulamışdır. Daha sonra tədbirin bədii hissəsi başlamışdır. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin müəllimlərdən ibarət musiqili ansamblın təqdim etdiyi, əsl bayram ovqatlı musiqi və mahnı repertuarı tədbirə xüsusi rəng qatmışdır. Müğənnilərin ifa etdikləri şən, bayram abu-havalı mahnılar, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncənət məktəbinin birləşmiş rəqs kollektivlərinin təqdim etdikləri baxımlı rəqs nömrələri, Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii-qiraət” kursunun üzvlərinin iştirakı ilə təqdim olunan şeir parçaları   tamaşaçıların marağı və  sürəkli alqışları ilə qarşılanmışdır. 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən ümumrayon bayram tədbiri 2 saata yaxın davam etmişdir.

 

2.6 MB

 

2.8 MB

 

3.4 MB