Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir

06.12.2018

      01 dekabr 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirildi. Heydər Əliyev Mərkəzinin əməkdaşı 21.07.1994-cü il təvəllüdlü İsmayılov Cavid Arif oğlu ilə 27.07.1994-cü il təvəllüdlü İsmayılova Əfsanə Musa qızının nikahadaxilolma mərasimi çox yaddaqalan oldu. Ailə quran cütlük öncə Ağcabədi rayon Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Daha sonra Dahi Liderin Mərkəzdəki büstü önünə tər çiçəklər qoyaraq öz ehtiramlarını bildirmişlər.Bundan sonra rəsmi nikah mərasimi başlandı. Ağcabədi rayon Qeydiyyat şöbəsinin əməkdaşı  Şəhanə Qənbərova, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Səfərova, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, mərkəzin əməkdaşları Rövşanə Əliyeva, Fariz Bünyatov, Nurlan Piriyev cütlüyə öz xoş arzularını bildirərək təbrik etdilər.Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun üzvləri bir-birindən gözəl rəqs nömrələri ilə tədbirə rəng qatdılar.

 

56 KB

 

63.4 KB

 

65.2 KB