Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda “3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir

05.12.2018

3 Dekabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda “3 Dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir “Gənclər Mərkəzi” evində baş tutmuşdur. Tədbirdə Ağcabədi rayon rəhbərliyi, onun aparatı, rayon ziyalıları, Qarabağ müharibəsi əlilləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov ölkə rəhbərinin və bu sahədə müəyyən qurumların əlil və əngəlli insanalara olan daimi dövlət qayğısından söz açaraq tədbirə dəvət olunmuş əlil insanlara uca Tanrıdan uzun ömür, möhkəm can sağlığı arzulamışdır. Daha sonar çıxış edənlər, Millət vəkili Tahir Rzayev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov da dövlətimiz tərəfindən əngəlli insanaların sosial problemlərinin həlli istiqamətində atılan vacib addımlardan danışmışlar. Tədbirin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili ansamblı tamaşaçılar qarşısında baxımlı, rəngarəng konsert proqramı ilə çıxış  etmişlər.       Müğənnilərdən – Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müəllimi Tural Niftəliyev, Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin əməkdaşı Arzu Abbasov, Xocavənd Kənd Uşaq Musiqi məktəbinin səs müəllimi Cavanşir Əliyev və II qrup əlil Habil Ağayevin oxuduqları mahnılar, nəğmələr zövq oxşamışdır. Rayonda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin balacala üzvlərinin ifasında rəqs nömrələri də tədbirə əlavə gözəllik qatmışdır. Gənclər üçün təhsil mərkəzi – Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən İnkluziv Təhsil və Uşaq İnkişaf mərkəzinin uşaqlarının iştırakı ilə “biz də varıq” adlı kiçik həcmli səhnəciyi xüsusi maraqla qarşılanan səhnəcik olmuşdur. “3 Dekabr – Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş ümumrayon tədbiri 2 saata yaxın davam etmişdir.

 

337.5 KB

 

474.6 KB

 

369.5 KB