Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Əliyevin Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyi

30.11.2018

26.11.2018-ci il tarixdə  Ağdam rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq  MKS-in Mərkəzi kitabxanasının Heydər Əliyev Mərkəzi ilə  birlikdə təşkil etdiyi ”İmran Qasımov  dramaturgiyasında insan amili” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü iləAğdam rayon MKS-inin direktoru Sevda Hüsenova açaraq mövzu ilə əlaqədar məlumat verərək bildirdi ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, Dövlət Mükafatı laureatı, Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 100 illiyi tamam olur.   Bu gün  Mərkəzi kitabxana Heydər Əliyev Mərkəzi ilə birlikdə Heydər Əliyev Mərkəzində “İmran Qasımov yaradıcılığında insan amili” mövzusunda tədbir təşkil edib. Hüseynova tədbirin təşkilində əsas məqsədin ədəbi aləmdə əbədiləşən sənətkarın yaradıcılığı haqqında gənc nəsili məlumatlandırmaq olduğunu ifadə etdi.Daha sonra MKS-nin  Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı  Fərəcova Kəmalə çıxış edərək  Xalq yazıçısı İmran Qasımovun Azərbaycan dramaturgiyasının inkişafındakı xidmətlərindən, onun “İnsan məskən salır”, ”Nağıl başlananda”, “Ömür elə qısadır ki”, “Uzaq sahillərdə”, “Dairəni genişləndirin”, “Əsl dost”, “Sən nə üçün yaşayırsan” pyeslərinin ədəbiyyatımızın inkişafındakı rolundan söhbət açdı. Yazıçının həyat və yaradıcılığı haqqında oxuculara məlumat verərək onun XX əsr Azərbaycan ədəbiyyatının təməl daşını qoyanlardan  biri olduğunu,  yaradıcılığında dənizin, Xəzər neftçilərinin, insan əməyinin, zəhmətsevər insanların xüsusi yeri və əsas meyyarı  insan amili olduğunu qeyd etmişdir.19 saylı Üçoğlan kənd kitabxanasının müdiri Sevinc Cəfərova çıxış edərək İmran Qasımov yaradıcılığının müxtəlif dövrlərini əhatə edən əsərləri və onların əsas ideyası olan  insan amili haqqındavə “Sənətdə keçən ömür” mövzusunda söhbət açdı.  S.Cəfərova qeyd etdi ki, İmran Qasımov bəlkə də yeganə qələm sahibi olub ki, onun qəhrəmanlarının əksəriyyəti həyatdan götürülmüş obrazlar olublar. Bu üslub da ədibin yaradıcılığına təbiilik, axıcılıq, bir sözlə, həyatın bütün təzadlarını bəxş edib. Milli özünəməxsusluq, xəlqilik, bəşərilik bu yazıçının əksər əsərlərinin səciyyəvi xüsusiyyətləridir.Tədbirdə sərgi təşkil eilmişdir və həmin sərgi tədbir iştirakçıların marağına səbəb olmuşdur.Daha sonra qeyd edilən mövzular ətrafında müzakirələr davam etdirilmişdir.Tədbirin sonunda “Ömür elə qısadır” adlı video-çarx nümayiş etdirilmişdir.

 

72.2 KB

 

123.6 KB

 

80.7 KB