Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində “Milli Dirçəliş Günü” ilə əlaqədar olaraq tədbirlər keçirilir

18.11.2018

“17 Noyabr Milli Dirçəliş Günü” ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurslarda söhbətlər aparılmış, dirçəliş tariximizlə, müstəqilliyə aparan yolla bağlı kurs üzvlərinə ətraflı məlumatlar verilmiş, fikir mübadiləsi aparılmışdır.17 noyabr 2018-ci il tarixdə “Rəsm” kursunun üzvləri ilə keçirilən görüşdə mərkəz əməkdaşları, eləcə də Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva iştirak etmişdir.Öncə Mərkəzin direktoru Məhsəti Musa çıxış edərək 1988-ci ildən başlayan etiraz dalğasının böyüyərək  Azərbaycanın müstəqilliyinə yol açdığından, qan hesabına, can hesabına da olsa bu müstəqilliyi bərpa edilməsindən danışdı.Ağcabədi RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva öz çıxışında müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə də hələ çətinliklərin çox olduğundan, özbaşınalığın, daxili çəkişmələrin nəticəsində qanla qazanılmış azadlığın itirilməsi təhlükəsinin yaranmasından danışdı. Öz uşaqlıq illərindən də misallar gətirən N. Mustafayeva bildirdi ki, xalqı bu böhrandan Ümummilli Lider xilas etdi. Azərbaycan xalqı onun uğurlu siyasəti nəticəsində öz müstəqilliyini qoruyub saxlamağı bacardı, inkişaf etdi. Və bu gün də həmin siyasət layiqincə davam etdirilir.O, kurs üzvlərini bu günki gözəl şəraitdən istifadə etməyə, dərslərini yaxşı oxumağa, yaxşı vətəndaş kimi yetişərək valideynlərinin və vətənin layiqli övladı olmağa çağırdı. Qeyd edək ki, tədbirlər növbəti həftə də davam edəcəkdir.

 

74.2 KB

 

74.9 KB

 

80.6 KB