Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ölkəmizi tanıyaq” ekskursiyayası

14.11.2018

14.11.2018-ci il tarixində Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağdam rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxıblar.Yola düşməzdən əvvəl məktəblilərlə keçirilən görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, biliklərinin artırılmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, artıq beşinci ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Noyabrın 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək.Diqqətə çatdırılıb ki, Ağdam rayonunun məktəblilərini 4 gün ərzində ölkəmizin şimal rayonlarında maraqlı ekskursiyalar gözləyir. Onlar Quba rayonunda Cümə məscidi, Qırmızı Qəsəbə, Quba soyqırımı Memorial kompleksi, “Azərxalça” ASC-nin Quba filialı, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı Körpü ilə tanış olacaq, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, “Şəxsiyyətlər Muzeyi", Çənlibel parkına və “Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verərək, “yaxşı yol” arzulayıblar.Tur-aksiyada iştirak edən şagirdlər avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar.

 

67.5 KB

 

54.1 KB

 

50.6 KB