Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayonunda “09 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir

08.11.2018

08 Noyabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda “09 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə təntənəli ümumrayon bayram tədbiri keçirilmişdir. Bayram tədbirində Ağcabədi rayin İcra Hakimiyyəti Başçısı və onun aparat işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi rəhbərliyi, Mədəniyyət İdarəsinin tabeliyində olan Uşaq Musiqi məktəbləri, mədəniyyət müəssisələri, klub və kitabxana filialları kollektivləri, rayon ziyalıları, gənclər, tələbələr, idarə, təşkilat və müəssisə kollektivləri və rayon ərazisində yerləşən “N” saylı hərbi hissədən olan əsgər və zabitlər iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə tər çiçəklər düzərək Onun xatirəsini yad etmişlər. Daha sonra tədbir Bayraq Muzeyi Binasının qarşısında davam etmişdir. Bayram tədbiri  əzəmətli Dövlət Himnimizin səslənməsi ilə başlamışdır. Bayram tədbirində Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədon təbrik nitqi söyləyərək qürur günümüz olan “09 Noyabr – Bayraq Günü” münasibətilə Ağcabədi rayon ictimaiyyətini təbrik etmiş, hər kəsə Vətənimz Azərbaycanın çiçəklənməsi və inkişafı naminə atdığı hər bir addımda uğurlar arzulamışdır. Bayraq tədbirinin bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət musiqili ansamblı tamaşaçılar qarşısında əsl bayram abu-havalı, şən, pozitiv konsert proqramı ilə çıxış etmişlər. Dövlətimizi, müstəqilliyimizi, bayrağımızı tərənnüm edən mahnılar alqışlarla qarşılanmışdır. Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivlərinin və Heydər Əliyev Mərkəzinin rəqs kollektivinin nümayiş etdirdikləri rəqs nömrələri də tədbirin yadda qalan hissələrindən olmuşdur. Heydər Əliyev Mərkəzinin “Bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə təqdim olunan “Bayrağımız – Ordumuz” adlı ədəbi bədii musiqili şeir kompozisiyası da tədbirə xüsusi gözəllik əlavə etmişdir. 5.000-ə yaxın insanın iştirak etdiyi bayram tədbiri saat yarım davam etmişdir.

 

176 KB

 

136.7 KB

 

179.8 KB