Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon Mərkəzi Kitabxanası 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirdi

06.11.2018

Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi şəhər 2 saylı tam orta məktəbin VIIa sinif şagirdləri arasında 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə MKS-in direktor müavini Təranə Məmmədova bildirmişdir ki, Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.

 

150.5 KB

 

146.5 KB

 

151.4 KB