Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağcabədi rayon MKS-də Uşaq Hüquqları aylığı çərçivəsində tədbirlər davam edir

06.11.2018

Ağcabədi rayon MKS-də Uşaq Hüquqları aylığı çərçivəsində tədbirlər davam edir. Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi şəhər 2 saylı tam orta məktəbin III sinif şagirdləri arasında "Uşaqların hüquqları qoruyaq" başlığı altında tədbir keçirilmişdir. Tədbirdə Uşaq hüquqlarının müdafiəsi və təbliğinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər, aparılmış maarifləndirmə tədbirləri, uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti iştirakçıların diqqətinə çatdırılmışdır.Sonda şagirdlər tərəfindən uşaq hüquqlarının təbliğinə dair səhnəciklər təqdim edilmiş, şeirlər səsləndirilmişdir.

 

149 KB

 

148.9 KB

 

162 KB