Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

02.11.2018-ci ildə Mərkəzi kitabxananın Uşaq şöbəsi Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqların hüquqlarını qoruyaq” başlığı altında tədbir keçirib

02.11.2018

Ağcabədi rayon MKS-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsi barədə 12.10.2018-ci il tarixli, 1140/06 nömrəli məktubunun icrasını təmin etmək məqsədilə silsilə tədbirlər keçirilir. 02.11.2018-ci il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqların hüquqlarını qoruyaq” başlığı altında tədbir keçirib.      Tədbirdə şəhər 8 saylı məktəbin VIII sinif şagirdləri iştirak edirdilər. Əvvəlcə tədbir iştirakçıları Uşaq şöbəsinin hazırladığı sərgiyə baxış keçirdilər.Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Təranə Məmmədova açaraq bildirdi ki, 1989-cu ildə BMT-nın Baş Assambleyası tərəfindən Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir. 1992-ci ildə Azərbaycan da Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur. Bu Konvensiya bütün uşaqların özünəməxsus hüquqlarının qorunmasına və ləyaqətli insan kimi qiymətləndirilməsinə xidmət edir. Bu məqsədlə də “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsi ənənə şəklini alıb.Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov, Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev, Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin Oxu zal müdiri Nigar Allahverdiyeva, Uşaq şöbəsinin kitabxanaçısı Turanə Həsənova, şəhər 8 saylı məktəbin şagirdi Səlim Ağayev və başqaları çıxış etdilər. Çıxış edənlər hər biri uşaq hüquqlarının qorunmasının dövlətimizin ən Ali məqsədi olduğunu qeyd etdilər. Tədbir “Dəyirmi masa” ətrafında diskusiya şəklində davam etdirildi. Tədbirin sonunda Tarix-Diyarşünaslıq Muzeyinin hazırladığı  “Hüquqlarımızı öyrənək” başlıqlı video-çarx nümayiş etdirildi.

 

132.9 KB

 

127.8 KB

 

123.2 KB