Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev Mərkəzində Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlər davam etdirilir

16.10.2018

Heydər Əliyev Mərkəzində Müstəqillik gününə həsr olunmuş növbəti tədbir 16 oktyabr 2018-ci il tarixdə Ağcabədi rayon ərazisində yerləşən N saylı Hərbi hissə ilə birgə keçirilib. İki hissədən ibarət olan tədbiri giriş sözü ilə açan N saylı Hərbi hissənin  Şəxsi Heyyət Üzrə rəisi İftixar Mehdiyev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edərək, Azərbaycanın şanlı tarixindən, xalqın müstəqillik uğrunda azadlıq mübarizəsindən, 27 il öncə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmasından və bu mühüm sənədlə xalqımız həsrətində olduğu azadlığa qovuşmasından ətraflı danışmışdır. Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa çıxış edərək Azərbaycan xalqının qədim və zəngin, eyni zamanda keşməkeşli həyatı haqqında geniş şəkildə söhbət açaraq müstəqilliyimizin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı.Daha sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Rövşanə Əliyeva “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir” adlı məruzə ilə çıxış edərək Azərbaycanın həmin dövrdə qarşılaşdığı problemlərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıb. N saylı Hərbi hissənin əsgəri Fərhad Əhmədli də geniş məruzə ilə çıxış edərək Dahi Liderin əvəzsiz xidmətlərindən, xalqımızın azadlığa qovuşmaq arzusundan və bu yoldakı çətinliklər haqqında ətraflı məlumat verdi.      Tədbirin 2-ci hissəsi olan bədii hissədə müstəqillik tariximizə həsr olunmuş film nümayiş etdirilmiş və N saylı hərbi hissənin əsgərlərinin ifasında musiqi parçaları səsləndirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Röyalə Hümbətova vətənpərvərlik ruhunda söylədiyi şeirlə başa çatdı.

 

116.8 KB

 

89.8 KB

 

93.2 KB