Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Rza Nizami Fərzalı oğlu

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Məsləhətçi (Ağdam rayonu üzrə)

Rza Nizami Fərzalı oğlu 20 aprel 1958-ci il tarixdə Azərbaycan Respublikasının Tər-tər şəhərində anadan olmuş, 1974-cü ildə Laçın şəhər orta məktəbini, 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adlanır) mədəni-maarif fakültəsini əla qiymətlərlə bitirməklə ali təhsil almışdır. 1976-1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ildə başlamışdır. 1982-ci il tarixdən 2017-ci ilin yanvar ayınadək Laçın rayon Mədəniyyət Şöbəsində avtoklub müdiri, Laçın rayon Mədəniyyət evinin bədii rəhbəri, Laçın rayon Mədəniyyət Şöbəsinin böyük inspektoru və məsləhətçisi vəzifələrində işləmişdir. İkinci dərəcəli dövlət qulluqçusu kimi dövlət qulluğunda 35 illik əmək stajı vardır. Əmək fəaliyyəti dövründə iki dəfə Ümumittifaq Festivalının laureatı, çoxsaylı diplom və fəxri-fərmanlarla mükafatlandırılmışdır. Uzun illər səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri-fərmanı ilə təltif edilmişdir. Erməni separatizmi baş qaldıran ilk günlərdən əlinə silah alaraq, Azərbaycan Respublikasının bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparmışdır və hal-hazırda müharibə veteranıdır. Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti, folkloru, torpaqlarımzın azad edilməsi yolunda xalqımızın mübarizəsi və şəhidlərimizin xatirəsinə həsr olunmuş 600-dən çox elmi, publisistik məqalələrin müəllifidir. 1998-ci ildə  Həcc ziyarətində olmuşdur. Ailəlidir, bir oğlu və bir qızı vardır. 2017-ci ilin noyabr ayndan Ağcabədi Regional Mədəniyyət İdarəsində ikinci dərəcəli dövlət qulluqçusu kimi məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirir.

Telefon: 050 537-98-63

E-poçt: rza_nizami@mail.ru

Qəbul günləri: I-V günlər saat 09:00-13:00 14:00-18:00