Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qədirov Vüqar Kərim oğlu

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Qədirov Vüqar Kərim oğlu 1974-cü il sentyabr ayının 20-də Laçın rayonunun Arduşlu kəndində ziyalı ailəsində anadan olub.1992-1997-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunda təhsil almışdır. 1997-ci ildən Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədridir.1997-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil almışdır.2001-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr dərəcəsi almışdır.1999-2002-ci illərdə Mübariz gənc qəzetində siyasi məsələlər üzrə redaktor və baş redaktor vəzifələrində çalışmışdır.1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini və büro üzvü olmuşdur.2006-2007-ci illərdə Bakı Asiya Universitetində Tarix və ictimai elmlər kafedrasında müəllim işləmişdir.100-dən artıq təhsil, mədəniyyət, məşğulluq və hərbi-vətənpərvərlik istiqamətində həyata keçirilən layihələrin koordinatoru olmuşdur.Azərbaycan Gənclər siyasəti istiqamətində fəaliyyətinə görə müxtəlif dövlət orqanları tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan vətəndaşlarına təqdim edilən ilk şəxsiyyət vəsiqəsi alan gənclərdən biri olmuşdur.2008-2016-cı illərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olmuşdur.Hərbi mükəlləfiyyətli, ehtiyatda olan zabitdir.Yeni Azərbaycan Partiyasının üzvüdür.Hazırda Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini vəzifəsində işləyir.

Telefon: 0503013080

E-poçt: vuqar.qedirov@gmail.com

Qəbul günləri: I-V günlər saat 09:00-13:00 14:00-18:00