Əliyev Asif Camal oğlu
Ağcabədi Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (laçın rayon üzrə)
Əliyev Asif Camal oğlu 01 iyul 1958-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. 1970-1978-ci illərdə Şuşa şəhər 2-nömrəli təmayüllü orta məktəbi bitirmişdir. Həmin ilin noyabr ayında ordu sıralarına çağrılmışdır.1980-cı ilin dekabr ayında hərbi xidmətimi başa vurmuşdur,1983-cü ildə Azərbaycan Dövlət Unversitetinin tarix fakültəsinə daxil olub, 1988-ci ildə təhsilini başa vurmuşdur.1989-cu ilin yanvarından 1993-cü ilin iyul ayınadək, Laçın qəzeti redaksiyyasında ədəbi işçi və şöbə müdiri vəzifəsində işləmişdir. 1993-cü ilin iyulundan 2008- ci ilin yanvar ayınadək Laçın rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi işləmişdir. 2008-ci ilin yanvar ayından 2014- cü ilin oktyabr ayınadək Laçın Rayon Gənclər və idman idarəsində baş məsləhətçi işləmişdir. 2014-cü ilin oktyabrından 2017-ci ilin avqust ayınadək Laçın rayonu Köhnə kənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə müavini vəzifəsində işləmişdir. 2017-ci ilin avqust ayından Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsi Laçın rayonu üzrə nümayəndəsi vəzifəsində işləyir.
Telefon: 050-327-69-89
Qəbul günləri: IV gün 09.00-12.00