Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

İsmayılov Şakir Əli oğlu

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Böyük mühasib (laçın rayon üzrə)

İsmayılov Şakir Əli oğlu 02 mart 1960-cı il tarixdə Azərbaycan Respublikası Laçın rayon Zabux kəndində fəhlə ailəsində anadan olmuşdur.1967-ci ildə Laçın rayon Zabux kənd 8 illik məktəbinin 1-ci sinfinə daxil olub,1977-ci ildə isə Laçın çəhət 1 saylı orta məktəbinin 10-cu sinfini bitirməklə orta təhsil haqqında attestat almışdır.           1978-ci ilin noyabr ayında həqiqi hərbi xidmətə çağrılmışam və 1980-cı ildə  hərbi  xidməti tam başa vurmuşdur. Əmək fəaliyyətinə  02 fevral 1981-ci il tarixdə Sov.İKP- XXII Qurultayı adına Bakı Neft Ayırma Zavodunun 11 saylı sexində 3-cü dərəcəli texnoloji qurğu əməliyyatçısı vəzifəsində işləməklə başlamışdır.Əmək fəaliyyətimi davam etdirdiyi dövrdə 1983-cü ildə Bakı Plan Uçot Texnikomuna qəbul olub,1985-ci ildə həmin texnikomun mühasibat uçotu şöbəsini bitirməklə mühasib ixtisası almışdır. Bakı Neft Ayırma Zavodundan öz ərizəsinə əsasən işdən çıxıb Laçın Rayon Zabux kəndində “Komsomol” Heyvandarlıq Sovxozunda ixtisasıma uyğun olaraq Əmək haqqı  mühasibi vəzifəsinə təyin olunmuşdur.Bu vəzifədə işləməklə baş mühasibin  müavini vəzifəsinə 1989-cu ilin yanvar ayında isə Baş mühasib vəzifəsinə təyin olunub.                                              1992-ci ilin may ayında Laçın rayonu işğal olunduqdan sonra Sovxoz ləğv olunduğuna görə işdən azad olunub,01 noyabr 1992- ci il tarixdə Laçın rayon 127 saylı Texniki Peşə Məktəbinə baş mühasib təyin olunmuşdur.2007-ci ilin noyabr ayında şəxsi ərizəmlə baş mühasib vəzifəsindən azad olub, və 01 fevral 2008-ci il tarixdən  121 saylı Laçın Dairə Seçki Komissiyasına Böyük məsləhətçi-mühasib  vəzifəsinə təyin olunmuşdur. Orada işləməklə Azərbaycan Respublikası Aviasiya Şirkətinin Zabrat Aeroportunda Növbə rəisi vəzifəsində çalışmışdır.2010-cu ili 21 yanvar  tarixində şəxsi ərizəsinə əsasən  işdən azad olunub. Həmin tarixdən Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin baş mühasibi vəzifəsinə təyin edilmişdir.2012-ci ildə Azərbaycan Respublikası Gəncə şəhər Aqrar Universitetinin Mühasib-audit fakültəsinə qəbul olub, 2015-ci ildə  təhsilimi başa vurmuşdur.     2011-ci ilin noyabr ayının 23-dn Dövlət Qullluğuna əmək fəaliyyətim sayılmaqla Dövlət qulluğunda kiçik dövlət qulluqçusu dərəcəsi almışdır. 2015-ci ilin 25 dekabr tarixindən 2-ci dərəcəli dövlət qulluqçusu dərəcəsi almışdır. Qarabağ müharibəsi veteranıdır.

Telefon: 050-350-23-06

Qəbul günləri: I-V