Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əliyev Azər Arif oğlu

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Əliyev Azər Arif oğlu 06.05.1985-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olmuşam. İlk dəfə birinci sinifə 1991-ci ildə Ağdam rayon Qiyaslı kənd orta məktəbinə gedib. Məlum Qarabağ müharibəsi ilə əlaqədar olaraq, 1993-cü ildə Ağdam rayonun böyük bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində təhsilimdə fasilə yaranmış, ancaq 1994-cü ildən Bərdə rayonunda müvəqqəti yerləşən Ağdam 11 saylı köçkün orta məktəbində təhsilimi davam etdirib, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2004-cü ildə Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olub, 2008-ci ildə həmin universiteti ali tarixçi, tarix müəllimi ixtisası üzrə bitirib. 2008-2009-cu illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişəm. 2009-2014-cü illər ərzində isə dövlət təyinatına uyğun olaraq, Saatlı rayonu Qara Nuru kənd tam orta məktəbində ixtisasım üzrə tarix müəllimi işləyib. 2014-cü ilin Oktyabr ayının 01-dən isə Dövlət Qulluğu Komissiyasının dövlət qulluğuna qəbulla əlaqədar, keçirdiyi imtahanın müsabiqə və müsahibə mərhələsini uğurla adlayaraq keçmiş Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilib və həmin vəzifədə 2016-ci ilin 01 Noyabr tarixinədək dövlət qulluqçusu olaraq işləyib. 2017-ci ilin 16 Yanvar tarixindən hal-hazıradək Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi vəzifəsində işləyir

Telefon: 050 343 74 85

Faks: yoxdur

E-poçt: mr.azer.eliyev1990@mail.ru

Qəbul günləri: I-V günlər saat 09:00-13:00 14:00-18:00